Xidmət haqqı
Daha ətraflı məlumat üçün elə indi müraciət et.
Sayım və inventarizasiya xidmətlərinin qiyməti obyektin xüsusiyyətlərinə və işin həcminə əsasən fərdi şəkildə hesablanır. Əsas qiymətləndirmə meyarları bunlardır:
Məhsul və ya mal çeşidinin (SKU) sayı: Sayılacaq fərqli məhsul növlərinin və ümumi ədədin həcmi.
Obyektin sahəsi və növü: Anbar, mağaza, aptek, restoran və ya istehsalat sahəsinin kv.m ölçüsü və yerləşməsi.
Məhsulların yerləşmə qaydası: Malların səliqəli, barkodlu və asan çatılan şəkildə, yoxsa pərakəndə və qarışıq saxlanılması.
İşin icra müddəti və vaxtı: Sayımın iş saatlarından kənar (gecə vaxtı, həftəsonu) və ya təcili həyata keçirilməsi tələbi.
İstifadə olunan texnologiya və personal sayı: Cəlb olunacaq mütəxəssis (sayım heyəti) sayı, istifadə edilən TSD (Data Collection Terminal) və barkod avadanlıqları.
Hesabatlılıq və inteqrasiya: Tələb olunan yekun audit hesabatlarının dərinliyi və sayım nəticələrinin sizin mövcud proqram təminatınıza (1C, Logo və s.) inteqrasiya edilib-edilməməsi.
1500.00 AZN
Müraciət et